Baş İdarənin Rəis Müavini: Sadiqov Bəhruz

 Телефон: 051 341-98-44

 Адрес: E-Mail    riyad-muhafize@rambler.ru

 Kompyuter və İnformasiya Şöbəsinin Rəis Muavini 

                             Ağayev Emin

 Diggət:Hər hansi Mühafizə xidmətiylə müqavilə baglayarkan ,Lisenziyanı və sertifikatı tələb edin.

 

 

                     Azərbaycan Respublikası Riyad Mühafizə Xidməti

                                 Baş İdarənin Rəisi: Etibar Qasımov

Riyad Təhlükəsizlik Xidməti Ədliyyə Nazirliyi tərəfindən 03 yanvar 2004 – cü il tarixdə 0104-P59-40226 saylı şəhadətnamə əsasında dövlət qeydiyyatına alınmışdır.

         Sonradan lisenziya ilə əlaqədar olaraq “Riyad Mühafizə Xidməti” yaradılaraq AR Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi tərəfindən 1700883251 saylı reyester nömrəsi ilə 27 iyun 2008- ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

         Həmin vaxtdan etibarən  “Riyad Mühafizə Xidməti” öz fəaliyyətini insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik, şəffaflıq prinsipləri əsasında həyata keçirir.

         Fəaliyyət göstərdiyimiz müddət ərzində əsas məqsədimiz və vəzifəmiz şəxsiyyəti və mülkiyyəti hüquqa zidd qəsdlərdən qorumaq, obyektləri mühafizə etmək,  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, cinayətlərin və ictimai qaydanın pozulması hallarının qarşısının alınmasında fəal iştirak etmək və təyinatı üzrə məqsədli fəaliyyət göstərmək olmuşdur.

Məhz “Riyad Mühafizə Xidməti” işsiz gəncləri işlə təmin edərək vətənpərvər azərbaycanlı övladı kimi yetişmələrində və cəmiyyətə layiqli xidmət göstərmələrində yaxından iştirak edir.

         Hal-hazırda “Riyad Mühafizə Xidməti”nin əməkdaşları Respublikanın bir çox mühüm obyektlərinin – bankların, şəxsi səhiyyə orqanlarının, təhsil müəssisələrinin, sənaye sahələrinin, fiziki şəxslərin və s. obyektlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında müstəsna rola malikdir. Bunlara misal olaraq aşağıdakı müqavilələri göstərmək olar:

         - ASKO Caspian Holdinq S.A , Save the Children Niderland və ABŞ fondunun Azərbaycandakı filialı, Ak.Z. Əliyeva adına məktəb, Todina şirkəti, Starlayt Tekno, Ankara məktəb liseyi, M.A. Tobçubaşov adına Elmi Cərrahiyə Mərkəzi, Klassik KoLTD, Xalq Təhsili Muzeyi, İncəsənət Gimnaziyası, Bank of Baku, Zamin Bank Yasamal filialı, L.Şıxlinskaya ad.klinika, 134, 236, 239, 7 saylı məktəb, H.Ə.Əliyev ad.Lisey Fizika Riyaziyyat Təmayüllü, Texniki Tərəqqi və s.

    Şirkətimiz İnformasiya və Texnologiyalar Nazirliyi tərəfindən Radio tezliklə təmin olmuşdur. Sərbəst efir tezliyimiz vardır.

Mühafizə üçün uyğun olan təkliflər aşağidakı kimidir:

-         mühafizə olunan obyektin, mühafizə etmək üçün marşurut sxemini (təsdiq edilmiş formada, 2 nüsxədə) tətbiq etmək;

-         sifarişçi ilə razılaşdırılmış patrul və ya post sistemi tətbiq etmək;

-         mühafizə olunan obyektdə buraxılış sistemini tətbiq etmək;

-         iş vaxtı obyektdə mövcud olan yanğına qarşı təhlükəsizlik sisteminə nəzarət etmək;

-         mühafizə olunan obyektin fəaliyyətini əks etdirən kommersiya, bank və sair sirr təşkil edən məlumatları, sənədləri yaymaq, satmaq, başqasına vernəyin qarşısını almaq;

-         mühafizə olunan obyektdə mühafizəçi xüsusi vəsaitlərlə ( dubinka, qandal, kələbçə bronjilet, fənər, mobil radioqəbuledici (ratsiya)) və sair ləvazimatla təmin etmək;

-         sifarişçinin marağına uyğun olan lakin qanuna zidd olmayan başqa təklifləri qəbul etmək;

-         siqnalizasiya sisteminin quraşdırılması.

Şirkətimiz mühüm dövlət əhəmiyyətli tədbirlərdə mühafizə fəaliyyəti ilə məşğul olur. Buna misal olaraq aşağıdakıları misal göstərmək olar:

                   2004 – cü ildə ölkələrin İnformasiya Nazirliklərinin Bakıda simpoziumu, Avropa üzrə güləş çempionatı, hər il keçirilən 10 May Gül Bayramı, Azadlıq meydanında təşkil olunmuş Yeni il şənliyində Təhlükəsizliyin təşkili, T.Bəhramov ad. stadionda, H.Əliyev ad. əl idman oyunları sarayında, Yaşıl teatrda, əyləncə istirahət mərkəzlərində, təşkil olunmuş konsertlərdə mühafizənin təşkili.

                   Bundan başqa şirkətimiz xeyirxah işlərlə məşğul olur:

                   3 saylı kimsəsiz uşaq evi, Suraxanı uşaq evi, Saraydakı əqli zəif uşaq evi, Bilgəhdəki Qocalar evi, Maştağa qəsəbəsindəki kimsəsiz uşağ evlərində konsertlərin təşkili, uşaqların Nabran və Xaçmazda istirahətinin təşkili və s. 




 

“Riyad Mühafizə Xidməti”nin artıq Respublikamızın 40-a yaxın rayon və şəhərlərində şöbələri fəaliyyət göstərir və öz fəaliyyəti ilə daima ictimaiyyətin diqqətini cəlb etməkdədir.

         Qeyd etmək istəyirik ki, mühafizəçilərimiz xüsusi mühafizə kursu bitirmişdir:

-         peşə hazırlığı – 50 saat

-         hüquqi hazırlığ – 28 saat

-         yanğına qarşı hazırlığı – 10 saat

-         tibbi hazırlığ – 85 saat

-         psixoloji hazırlığ – 18 saat

-         əlbəyaxa döyüş – 20 saat

     Cəmi: 134 saat

Riyad Təlim-Tədris Mərkəzindən keçən Muhafizə Şirkətləri

1.TRUS MMC

2.GENERAL MMC

3.GARTAL MMC

4.BP.ROYAL PARK

5.JSS MMC

6.AZAL Şirkəti SWS

Kurs Riyad Təlim Tədris Mərkəzində Təhsil Nazirliyinin verdiyi lisenziya № 032002 əsasında həyata keçirilir.

Təhlükəsizlik ilk" təhlükəsizlik qayğı - və sizə qayğı olacaq!Biz təhlükəsizik , çünki biz , təhlükədən qorxan deyilik!

Əlaqə

 E-mail    riyad-muhafize@rambler.ru 

Tel  055 635 88 08
Tel  050 624 26 23
Əsqərov Yaşar  Şöbə Rəisi 

Contact

E-mail    riyad-muhafize@rambler.ru

Tel    +99455 635 88 08 
Tel    +99450 624 26 23
Asqerov Yashar        head of a department / division

Связь

Электронная почта       riyad-muhafize@rambler.ru

Тел    055 635 88 08
Тел    050 624 26 23 
Аскеров Яшар        начальник отдела